Şərtlər və Qaydalar

Giriş

Scapp.az  veb saytı olaraq biz sizin məxfiliyinizi və məlumatlarınızın təhlükəsizliyini yüksək qiymətləndiririk. Buna görə də, biz bu Məxfilik Siyasətini sizə hansı məlumatları topladığımız, məlumat toplama məqsədləri və məlumatlarınızla bağlı hüquqlarınız haqqında məlumatlandırmaq üçün hazırlamışıq.

Bu Məxfilik Siyasəti yalnız https://scapp.az-a (“Scapp.az veb saytına”) aiddir. Bu Məxfilik Siyasətini qəbul etmirsinizsə, veb saytımızdan istifadə etməyə davam etməməlisiniz.

Digər saytlara keçidlər

Veb saytımızdakı məzmunda üçüncü tərəflərin veb saytlarına keçidlər ola bilər və Məxfilik Siyasətimiz bu veb saytlara şamil edilmir. Biz bu saytlara görə heç bir məsuliyyət daşımırıq. Məlumatlarınızı üçüncü tərəf saytları ilə paylaşmazdan əvvəl onların məxfilik siyasətini oxumalısınız.

Topladığımız məlumatlar

Veb saytımıza abunə olarkən siz birbaşa ad, soyad, istifadəçi adı və e-poçt ünvanınız kimi məlumatları bizə təqdim edirsiniz.

Əgər saytımıza abunə olmağı seçsəniz, ad, soyad və e-poçt ünvanınız kimi məlumatları bizə birbaşa təqdim edirsiniz.

Veb saytımızdakı məzmunu şərh edərkən və həmçinin üzvlük zamanı IP ünvanınızı toplayırıq.

Biz scapp.az-da istifadəçi adınızı müəyyənləşdiririk və profil səhifənizin yaradılması üçün e-mail ünvanınıza göndərdiyimiz ismarcın təsdiqi ilə yadda saxlayırıq.

Topladığımız məlumatları necə istifadə edirik?

Biz sizə xəbər istifadəçi hesabınızı yaratmaq və saxlamaq, veb saytımızdakı xüsusiyyətlərdən yararlanmaq, kursları,video dərsləri,imtahanları,dərslikləri satmaq və təmin etmək, fakturaların verilməsi və satışdan sonrakı xidmətlər göstərmək üçün birbaşa bizə təqdim etdiyiniz məlumatlardan istifadə edirik. Bu istifadənin hüquqi əsasları sizin razılığınız, müqavilənin bağlanması və icrası, qanuni öhdəliklərimizi yerinə yetirməmizin zəruriliyi, qanuni maraqlarımız üçün məlumatların işlənməsinin zəruriliyi və qanunda açıq şəkildə nəzərdə tutulmuşdur.

İP ünvanınız 30 sentyabr 2009-cu il № 874-IIIQ  saylı “Kibercinayətkarlıq haqqında”  Qanundan irəli gələn hüquqi öhdəliyimizi yerinə yetirmək üçün toplanır və saxlanılır.Zərurui tələb olduğu hallarda müvafiq dövlət qurumlarına və məhkəməyə təqdim oluna bilər.

Məlumatlarınızı nə qədər müddətə saxlayırıq?

Üzv olarkən birbaşa paylaşdığınız məlumatları vebsaytımıza üzvlüyünüz davam etdiyi müddətcə sistemlərimizdə saxlayırıq.

Saytımıza abunə olarkən birbaşa paylaşdığınız məlumatlar siz abunəlikdən çıxana qədər sistemimizdə saxlanılır.

IP ünvanınız 1 il müddətində sistemlərimizdə saxlanılır.

Datanızın paylaşılması

Qanuni öhdəliklərimizi yerinə yetirmək üçün rəsmi orqanlar və məhkəmələrin məcburi sorğularına cavab vermək məqsədi istisna olmaqla, məlumatlarınızı üçüncü tərəflərlə paylaşmırıq.

 

Kukilər

Kukilər seçimlərinizi və hərəkətlərinizi tanımaq üçün veb-saytlar tərəfindən brauzerinizə yerləşdirilən sadə mətn fayllarıdır.

Biz yalnız dil seçimləriniz üçün UI optimallaşdırma kukilərindən istifadə edirik.

Siz kukiləri brauzerinizin parametrlərində idarə edə bilərsiniz.

 

Məxfilik Siyasətimizə edilən dəyişikliklər

Biz həmişə Məxfilik Siyasətimizdə dəyişikliklər edə bilərik. Əhəmiyyətli dəyişikliklər etdikdə sizə xəbər verəcəyik.

Bizimlə əlaqə

Bu Məxfilik Siyasəti ilə bağlı sual və şərhlərinizlə bağlı hər zaman info@scapp.az ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilərsiniz.